İnsanın təkamülü. Paleontoloji dəlillər
Mİnsanın təkamülünü (antropogenez) bir sıra dəlillər sübut edir. Sxemə baxın. Sxem nəyi ifadə edir? Fikirlərinizi söyləyin.
Araşdırın: İnsan təkamülünü hansı dəlillər sübut edir? İnsanın qazıntı halında tapılan qalıqlarını hansı elm öyrənir? Qalıqlara əsasən insanın təkamülünü necə sübut edirlər?
İnsanabənzər meymunların və insanın əcdadının mezozoy erasında kiçik həşəratyeyənlərdən başlanğıc götürməsi ehtimalı vardır. Onların qidası qarışıq olmuşdur. Ancaq ən çox cücülərlə qidalanırdılar. Sonralar bu heyvanlar bir çox şaxələrə başlanğıc vermişlər. Onlardan biri də parapiteklərə başlanğıc verən şaxə olmuşdur.