Ən qədim insanlar
Mİnsanın yaranmasını hansı mərhələlərə bölürlər? İlk insanlar hansı xüsusiyyətlərinə görə meymunlardan fərqlənirlər?
Aşağıda verilmiş primatları müqayisə edin və fərqli cəhətləri müəyyənləşdirin.
İnsanın yaranması prosesini 3 mərhələyə bölürlər: ən qədim, qədim və ilk müasir insanlar.
Pitekantroplar meymunlarla insanlar arasında aralıq mövqe tutan qruplar olmuşdur. Qalıqları ilk dəfə 1891-ci ildə Asiyada İndoneziyanın Yava adasında Ejen Dübua tərəfindən tapılmışdır. Sonralar Asiyanın digər ərazilərində, Afrikada və Avropada da onların qalıqlarına rast gəlindi. Pitekantroplar iki ətraf
üzərində dayağa söykənərək gəzirdi. Düz qamətli pitekantropların boyları 170 sm olmuşdur. Gözlərinin üstündə qaşüstü yastıqcıqlar var idi. Çənəaltı çıxıntıları olmadığı üçün nitq qabiliyyətləri yox idi. Ancaq beyinlərinin alın və gicgah payları insanabənzər meymunlara nisbətən yaxşı inkişaf etmişdir. Sürü halında yaşamış, oddan və daş alətlərdən (ərsin, burğu) istifadə etmişlər. Yaşayış məskənləri olmayan bu qruplar paltar geyinmirdilər.