Genotip tam bir sistem kimi
MCanlılarda irsiyyətin öyrənilməsi nəticəsində məlum olmuşdur ki, genlər çoxcəhətli təsirə malikdir. Orqanizmin əlamətlərinin inkişafı çoxlu miqdarda genlərin qarşılıqlı təsirində özünü göstərir.
• Bəs bu qarşılıqlı təsir fenotipə necə təsir edir?
• Ayaqları lələkli göyərçinlərdə və ya tüksüz itlərdə digərlərindən fərqli olaraq hansı əlamətlərin mütləq müşahidə olunduğunu xatırlayın.
Şəkildə təsvir edilənlərin Qreqor Mendelin və Tomas Morqanın kəşf etdiyi qanunlarla uyğun olub-olmadığını müəyyənləşdirin.
Adadovşanlarında F2 nəslində alınan boz, qara və ağ rəngləri göstərən nisbət (9:3:4), noxudun ağ və qırmızı çiçəklərində (9:7) nisbətində alınır.
Hüceyrələrdə biokimyəvi proseslər kimi, orqanizmdəki fizioloji proseslər də qarşılıqlı əlaqəlidir. İlk növbədə, bu onunla bağlıdır ki, genotip qarşılıqlı əlaqədə olan genlər sistemidir. Genetiklər sübut etmişlər ki, qarşılıqlı təsir eyni və ya müxtəlif xromosomların müxtəlif lokuslarında yerləşən həm allel, həm də qeyri-allel genlər arasında baş verə bilər.
Bu qarşılıqlı təsirlərdən bəzilərinin bioloji müxtəlifliyin dəyişməsinə elə bir təsiri olmasa da, digərləri üçün bunun əhəmiyyəti çoxdur. Bəzi qarşılıqlı təsirlərin dəyişməsi və ya yox olması biomüxtəlifliyin məhvinə səbəb ola bilir. Bununla da qlobal ekoloji problem yaranır.