Hardi-Vaynberq qanunu aşağıdakı şərtlər olduqda özünü doğruldur:
1. Populyasiya böyük olmalıdır ki, genlər təsadüfi birləşə bilsinlər;
2. Mutasiyalar baş verməməlidir;
3. Genlər üçün əlverişli və ya əlverişsiz seçmə olmamalıdır;
4. Növün fərdlərinin başqa populyasiyalara miqrasiyası baş verməməlidir.
Təbii şəraitdə bu şərtlərə riayət olunmadıqda qanun özünü doğrultmur.
Eyni növün müxtəlif populyasiyaları müxtəlif mutant genlərlə və ya əlamətlərlə zəngin ola bilər. Bu, ətraf mühitin eyni olmayan şəraiti ilə bağlıdır. Coğrafi və bioloji izolyasiya populyasiyalar arasındakı genetik fərqi təsbit edir və möhkəmləndirir. Bu da mikrotəkamül proseslərinə şərait yaradır.
Genofond populyasiyanın, növün və digər sistematik qrupların fərdlərində genlərin cəmidir.
a)
Populyasiya dalğaları populyasiyalarda genlərin tezliyini dəyişmir.
b)
Yeni yaranmış populyasiyaların genofondu valideyn populyasiyanın genofondundan zəngindir.
c)
Populyasiyalarda genlərin tezliyinin istiqamətlənmiş dəyişməsi təbii seçmənin təsiri ilə şərtlənmişdir.
ç)
Populyasiyalarda təbii seçmə heteroziqotların xeyrinə təsir edir.
d)
Təcrid olunmuş populyasiyalarda yaxın qohum çarpazlaşması orqanizmin həyat qabiliyyətini artırır.
Təqdimat mövzuları