Canlılarda ifrazat
MCanlıların qəbul etdiyi iri molekullu üzvi qida maddələri mərhələlərlə parçalanır. Alınan maddələrin bir qismi orqanizmin hüceyrələrinin qurulmasında iştirak edir. Digər qismi isə energetik mübadilə nəticəsində tam parçalanır və bu zaman enerji ayrılır. Parçalanma məhsullarının bəziləri orqanizmə lazım olmur, hətta onların bir qismi zərərli məhsullara çevrilir, Orqanizm belə məhsulları necə xaric edir? Bu məhsullar hansı maddələrdir?
Şəkillərə baxın və sualları cavablandırın.