Üzvi maddə istehsalçıları
MTəbiətdə mövcud olan canlı orqanizmlər təklikdə deyil, qrup halında yaşayır, müxtəlif təbii birliklər yaradırlar. Bu birliklərdə canlılar və onların əhatəsində olan amillər arasında bir çox qarşılıqlı əlaqələr mövcuddur. Bunlardan ən əhəmiyyətlisi qida əlaqələridir.
İki canlı arasında qida mübadiləsi sxemini nəzərdən keçirin.
Verilənləri X və Y-ə uyğun olaraq qruplaşdırın. Qruplaşdırmanın səbəbini şərh edin.
Canlıların orqanizmini təşkil edən üzvi molekulların (zülal, lipid, karbohidrat, nuklein turşuları, ATF) tərkibində olan əsas kimyəvi elementlərdən biri karbondur. Onun mənbəyi havadakı karbon qazıdır. Normal halda atmosfer havasının 0,03% karbon qazı mövcuddur. Təbiətdə canlıların tənəffüsü, məhv olmuş canlıların çürüməsi, üzvi maddələrin minerallaşması nəticəsində karbon qazının miqdarı çoxalır.