Zülal biosintezinin mexanizmi
MX və Y-in yerinə müvafiq terminləri yazın. Həmin proseslərin gedişi haqqında bildiklərinizi şərh edin.
1. Hüceyrənin əsas maddələrindən biri olan zülallar necə sintez olunur?
2. Bu proses hüceyrənin hansı strukturlarında reallaşdırılır?
3. Zülalın ilkin quruluşu haqqında olan məlumat harada yerləşir?
4. Məlumat DNT üzərində necə kodlaşdırılır?
5. Məlumat ribosomlara necə çatdırılır?
6. Ribosomda polipeptid zəncirin sintezi necə həyata keçirilir?
Zülal biosintezi çoxlu sayda fermentlərin iştirakı ilə gedən və yüksək enerji tələb edən prosesdir. Prosesin gedişində DNT, məlumat, nəqliyyat RNT-ləri, ribosom və amin turşuları iştirak edir. DNT molekulunda nukleotidlər müəyyən ardıcıllıqla düzülür və irsi məlumatları öz üzərində saxlayır. İrsi məlumatlar genetik kod və ya tripletlər şəklində DNT üzərində kodlaşdırılır. Tripletlərin sayı dörd nukleotidin üç-üç qruplaşması nəticəsində 43=64 olur.
Amin turşusu | Qısaldılmış adı | Amin turşusu | Qısaldılmış adı |
Alanin | Ala | Leysin | Ley |
Arginin | Arg | Lizin | Liz |
Asparagin | Asn | Metionin | Met |
Asparagin turşusu | Asp | Prolin | Pro |
Valin | Val | Serin | Ser |
Histidin | His | Tirozin | Tir |
Qlisin | Qli | Treonin | Tre |
Qlütamin | Qln | Triptofan | Tri |
Qlütamin turşusu | Qlu | Fenilalanin | Fen |
İzoleysin | İle | Sistein | Sis |
Zülallarda monomer rolunu oynayan amin turşuları