Xemosintez
MXatırlayın:
Üzvi maddələrin əmələgəlmə intensivliyi gündüzlər daha yüksək olur. Çünki fotosintez prosesi işıqda həyata keçirilir. Lakin gecələr də üzvi maddə sintezi dayanmır. Siz kimyəvi rabitə enerjisindən istifadə edərək üzvi maddə əmələ gətirən bakteriyalarının mövcudluğu haqqında məlumata maliksiniz. Xemosintezedici bakteriyalar öz fəaliyyətlərini həm gündüz, həm də gecələr həyata keçirir.
Xemosintez (yunan sözü olub “chemeia” - kimya, “synthesis” - birləşmə deməkdir) prosesi rus mikrobioloqu Sergey Nikolayeviç Vinoqradski tərəfindən 1889-1890-cı illərdə kəşf edilmişdir. Kükürd, nitrifikasiya, dəmir və hidrogen bakteriyaları bəzi ekzotermik reaksiyalar zamanı ayrılan enerjidən istifadə etməklə üzvi maddə sintez edir. Bu enerji hidrogen, hidrogen-sulfid, ammonyak, dəmir 2-oksid və s. kimi maddələrin oksidləşməsi nəticəsində ayrılır. Bəzi su hövzələri hidrogen-sulfidlə zəngin olur. Belə hövzələrdə kükürd bakteriyaları hidrogen-sulfidi oksidləşdirir: