Maddələr mübadiləsi
MMaddələrin xarici mühitdən orqanizmə daxil olması, parçalanması və lazımsız məhsulların orqanizmdən xaric olunması kimi ardıcıl mürəkkəb prosesə maddələr mübadiləsi deyilir.
Maddələr və enerji mübadiləsi canlı həyatın əsasıdır. Orqanizm arası kəsilmədən xarici mühitdən qida maddələri, su, oksigen və mineral duzları mənimsəyir, karbon qazı, su, sidik cövhəri və s.maddələri isə xaric edir.
Şəkildəki canlılarda maddələr mübadiləsinin necə getdiyini şərh edin.
İbtidai orqanizmlərdən başlamış ali bitki və heyvanlar da daxil olmaqla bütün canlılar xarici mühitdən mənimsənilən qida hesabına böyüyür, inkişaf edir və çoxalır.