Maddələr mübadiləsində baş verən dəyişikliklər
M1988-ci ildə velosiped yarışında iştirak edən fransız velosipedçilərin baldır əzələlərinin yarışdan sonra hədsiz zəiflədiyi müşahidə edilmişdir. Araşdırmalar zamanı məlum olmuşdur ki, 3 həftəlik yarış zamanı qəbul etdikləri qidada zülalların miqdarı az olmuşdur.
İnsan qidasının əsas tərkib hissəsini təşkil edən üzvi maddələr orqanizm üçün mühüm enerji mənbəyidir. Məlumdur ki, qidanın tərkibindəki bu birləşmələr orqanizmdə bir çox əhəmiyyətli funksiyaları yerinə yetirir. Bunun üçün də bu maddələrin miqdarında baş verən dəyişikliklər insan orqanizmində bir sıra xəstəliklərə səbəb olur.
Zülal, lipid və karbohidratların funksiyalarını yadınıza salın.
Karbohidrat mübadiləsinin pozulması. Karbohidratlar qidanın əsas tərkib hissəsidir. Gündəlik qida rasionunda karbohidratlar zülallara nisbətən 4-4,5 dəfə çox olur. İnsan orqanizmində zülalların və yağların dissimilyasiya məhsullarından da karbohidrat sintez olunur. Lakin əsas karbohidrat mənbəyi qida maddələridir. İnsan orqanizmində karbohidrat mübadiləsi bir-biri ilə sıx əlaqəli olan aşağıdakı proseslərdən ibarətdir: