İnfeksiya mənbələri və yoluxma mexanizmi
Mİnsanlar müxtəlif yoluxucu xəstəliklərə yoluxur və bu xəstəliklərin yayılmasına səbəb olurlar. Çox vaxt onlar xəstəliyə necə yoluxduqları barədə fikirləşirlər. Sizcə, onlar necə yoluxurlar? Yoluxma mənbələri nədir?
İnfeksiya mənbəyi törədicinin yaşaması, çoxalması və toplanması üçün əlverişli olan təbii mühitdir.
Əsas infeksiya mənbələri: insanlar, ibtidai və ali heyvanlar, ətraf mühitin abiotik amilləri.
Nə üçün göstərilənlər infeksiya mənbəyi hesab olunur?
Sxemdən istifadə etməklə xəstəliklər və onların yoluxma yollarım araşdırıb təqdim edin.
Törədicinin yoluxma mexanizmi xəstəlik törədicisinin yoluxmuş orqanizmdən sağlam insan və ya heyvan orqanizminə ötürülməsidir. Bu mexanizm 3 mərhələdə həyata keçirilir:
1. Yoluxmuş orqanizmdən törədicinin ayrılması;
2. Törədicinin xarici mühitdə olması - hava, qida, su və s.
3. Törədicinin xarici mühitdən yeni, sağlam orqanizmə daxil olması.
Törədicilərin ötürülməsi müəyyən yollarla baş verir: