Virus xəstəlikləri
MSizə məlumdur ki, viruslar çox kiçik hüceyrəsiz həyat formalarıdır. Əksəriyyət viruslar nuklein turşuları və zülal molekullarından təşkil olunmuş örtükdən (kapsiddən) ibarət hüceyrədaxili parazitlərdir. Onlar yalnız sahibinin müəyyən hüceyrələrinə daxil olduqdan sonra canlı orqanizmin xüsusiyyətlərini göstərir
Sizcə, insanlar üçün ən təhlükəli yoluxucu xəstəliklər və bu xəstəliklərin törədiciləri hansılardır?
Nəticələri müzakirə edin.
Xəstəliyin adı | Əlamətləri | Yoluxma yolları | Qorunma yolları |
Tapşırıqları yerinə yetirin.
Yoluxucu xəstəliklər içərisində ən geniş yayılanlar virusların törətdikləri xəstəliklərdir.
Epidemioloji xarakteristikasına görə virus xəstəlikləri 2 yerə bölünür: antroponoz - yalnız insanın tutula biləcəyi xəstəlik (poliomielit), zooantroponoz - heyvanlardan insana keçə biləcək xəstəlik (quduzluq).
Viruslar hava-damcı, təmas, qida və su vasitəsilə yoluxa bilər.
Viruslar müxtəlif orqanların hüceyrələrini zədələdiyinə görə onları: dəri, cinsi (zöhrəvi xəstəliklər), tənəffüs yolları, tənəffüs orqanları (respirator xəstəlikləri), qaraciyər, göz, bağırsaq viruslarına ayırırlar. Dəri virus xəstəliklərinə dərinin qabıq verməsi, dəmrovlar, ekzema, saç və dırnaqların zədələnməsi aiddir.