28
ÇAYLARIN HİDROLOJİ
XÜSUSİYYƏTLƏRİNİN TƏYİNİ.
PRAKTİK DƏRS
Çay şəbəkəsinin sıxlığı – əsas çay
və qollarının
uzunluqları cəminin onun hövzəsinin sahəsinə olan
nisbətidir. Çay şəbəkəsinin sıxlığı aşağıdakı düsturla
hesablanır:
Açar sözlər
• çayın düşməsi
• çayın meyilliliyi
• su sərfi
• İllik axım
Burada S – çay şəbəkəsinin sıxlığı, L + l1 + l2
+ l3 + ...ln – əsas çay və qollarının
uzunluqları cəmi, F – çayın sutoplayıcı hövzəsinin sahəsidir.
T A P Ş I R I Q
1
Əsas çayın və qollarının uzunluqları cəmi 1400 km, hövzənin sahəsi
isə 800 km2 olarsa, çay şəbəkəsinin sıxlığını müəyyən edin.
T A P Ş I R I Q
2
Hövzəsinin sahəsi 750 km2, çay
şəbəkəsinin sıxlığı 1,5 km/km2 olarsa,
hövzədə olan çayların ümumi uzunluğunu hesablayın.
Çayın mənbəyi ilə mənsəbinin mütləq hündürlükləri arasındakı fərqə
çayın düşməsi deyilir və
D(düşmə) = H(mənbə) – H(mənsəb)
düsturu ilə hesablanır.
Çayın axın sürətinə aid daha dəqiq məlumat almaq üçün onun
meyilliliyini bilmək lazımdır.
Çayın meyilliliyi – çayın düşməsinin
onun uzunluğuna olan nisbətidir. Meyillilik çayın 1 km uzunluğu
boyu düşmə kəmiyyətini göstərir. Meyilliliyi çox olan çaylar dağ,
az olanlar isə düzənlik çaylarıdır.
M = D
L
düsturu ilə ifadə olunur. Burada M – çayın meyilliliyini, D –
çayın düşməsini, L – isə çayın uzunluğunu göstərir.
T A P Ş I R I Q
3
Kürün mənbəyinin hündürlüyü 2740 m, mənsəbininki isə -27 m-dir.
Çayın düşməsini tapın.
T A P Ş I R I Q
4
Mənbəyi okean səviyyəsindən 3500 m yüksəklikdə olan çay 740 m
hündürlükdə əsas çaya tökülür. Bu çayın uzunluğu 2400 km-dirsə,
onun meyilliliyini tapın.
Nümunə 1.
Sxemə əsasən A-dan B-yə axan və uzunluğu 2000 km olan çayın
meyilliliyini tapın.
Həlli
Burada:
a)
əvvəlcə A və B nöqtələri arasında atmosfer təzyiqi fərqi
tapılır: 760 mm – 680 mm = 80 mm;
b)
sonra təzyiqə görə hündürlük fərqi tapılır:
80 mm × 10 m = 800 m;
c) daha sonra çayın meyilliliyi hesablanır:
M = D
L =800 m
2000 km= 0,4 m/km.