Yerin təbəqələri Mərhələ
|
Atmosfer | Hidrosfer | Biosfer | Litosfer |
Biogenəqədərki | ||||
Biogen | ||||
Antropogen |
Coğrafi təbəqənin quruluşunun və inkişafının özünəməxsus ümumi qanunauyğunluqları var. Bu qanunauyğunluqlar bütün təbii komplekslərə xasdır. Bunlara coğrafi təbəqənin bütövlüyü, ritmikliyi və zonallığı aiddir.
Coğrafi təbəqənin bütövlüyü dedikdə ona daxil olan
komponentlərin qarşılıqlı
təsiri və bir-birindən asılılığı nəzərdə tutulur. Hər bir komponent digər komponentlərə
təsir edir və özü də onların təsirinə məruz qalır. Komponentlər arasında qarşılıqlı
asılılıq maddələr dövranının nəticəsində yaranır. Bir komponent ayrı-ayrılıqda mövcud
ola və inkişaf edə bilməz. Onların arasındakı əlaqə o
qədər möhkəm və davamlıdır ki, komponentlərin birində baş
verən dəyişiklik digərlərinin də dəyişməsinə səbəb olur. Bütövlük
qanunu təbiətdən istifadənin əsasını təşkil edir.
Bütövlüyə hər bir təbii zona daxilində bitki və heyvanlar
arasında baş verən qida zəncirini misal göstərmək olar. Qida
zənciri bitki və heyvanların üzvi maddələri qida vasitəsilə
bir-birinə ötürməsi prosesidir. Bu zaman üzvi maddələrin
dövranı – bioloji dövran baş verir.