40
ƏHALİ ARTIMI VƏ ONUN
YARATDIĞI PROBLEMLƏR
BMT-nin Əhali Fondunun verdiyi məlumatlara görə, dünya əhalisi
aşağıdakı kimi artmışdır:
1 milyard – 1820-ci il
2 milyard – 1927-ci il
3 milyard – 1960-cı il
4 milyard – 1974-cü il
5 milyard – 1987-ci il
6 milyard – 1999-cu il
7 milyard – 2011-ci il
7,3 milyard – 2016-cı il
7,77 milyard – 2021-ci il
7,92 milyard – 2022-ci il
– Əhalinin təbii artım sürəti hansı illər ərzində daha çox
olmuşdur? Bunun səbəbini nə ilə izah etmək olar?
Tokio, 1910-cu il
Tokio, müasir dövr
Tarixi inkişafın əvvəlki dövrlərində əhalinin artım sürəti az
olmuşdur. Lakin XX əsrdən etibarən əhalinin sayı kəskin artmağa
başlamışdır. Müxtəlif regionlarda əhalinin artımı eyni deyil.
Əhalinin təbii artımının I və II tipinə aid ölkələrdə doğum və
ölüm arasında kəskin fərqlər müşahidə olunur.
F Ə A L İ Y Y Ə T
1
Sxemləri nəzərdən keçirin və təbii artımla bağlı verilən
problemlərin hansı ölkələr qrupuna aid olduğunu aydınlaşdırın.
Əhalinin yüksək təbii artımı
Əhalinin aşağı təbii artımı
Əhalinin sayının
kəskin artması
Yoxsulluq
Əhalinin sayının
azalması
Təqaüd yaşının
artması
Ekoloji fəlakətlər
Müharibələr
Əmək
ehtiyatlarının
çatışmazlığı
İmmiqrasiyanın
çoxalması
Tibbi xidmətin
keyfiyyətinin aşağı
olması, xəstəliklərin
artması
Aclıq problemi
Məşğulluq
problemi
Əhalinin kütləvi savadsızlığı
Yaşlı əhalinin xüsusi
çəkisinin artması
Müzakirə edin:
– Bu problemləri müqayisə edin. Onlar arasında
kəskin fərqlərin olması nə ilə əlaqədardır?
– Hansı problemlər daha kəskin xarakter daşıyır?