Kainatın inkişafı filosof və alimləri əsrlər boyu düşündürmüşdür. Bu barədə müxtəlif elmi fikirlər irəli sürülmüşdür. Həmin fikirlər kosmoqonik nəzəriyyələr adlanır. “Kosmoqoniya” – kosmik cisim və sistemlərin mənşə və inkişafını öyrənən elmdir.
Müasir dövrdə alim və kosmoloqların əksəriyyəti hesab edir ki, kainat “Böyük partlayış” (“Big Bang”) nəticəsində yaranmışdır. “Böyük partlayış” nəzəriyyəsinə görə, kainat 13,8 milyard il əvvəl meydana gəlmişdir (a). Bu zaman bütün materiya sonsuz sıxlığa və temperatura malik bir nöqtə şəklində mövcud olmuşdur. Kainatın bu başlanğıc vəziyyətinə sinqulyarlıq deyilir. Sonra böyük partlayış baş vermiş və bizim kainat formalaşmağa başlamışdır. Kainat inkişafının başlanğıc mərhələsində çox sadə quruluşa malik olmuşdur. Tədricən mürəkkəb strukturlar – atomlar, molekullar, kimyəvi birləşmələr, zülallar, nəhayət, insan yaranmışdır.
Kainatın inkişafı haqqında nəzəriyyələrdə “qara dəliklər” böyük əhəmiyyət kəsb edir. “Qara dəlik” anlayışını ilk dəfə 1967-ci ildə fizik C.Uiler işlətmişdir. Qara dəlik kainatın çox güclü qravitasiya sahəsinə malik olan xüsusi hissəsidir. Burada qravitasiya cazibəsi o qədər güclüdür ki, işıq sürəti ilə hərəkət edən kosmik obyektlər belə qara dəliyi tərk edə bilmir.
Əgər kainat başlanğıc nöqtəyə malikdirsə, deməli, onun son
nöqtəsi də olmalıdır. Bu, müasir dövrdə alimləri ən çox
düşündürən
məsələlərdən biridir. Hazırda kainatın inkişafı haqqında geniş
yayılmış iki
yanaşma mövcuddur. “Böyük sıxılma” adlanan birinci yanaşmaya
görə, kainat