1. Döyüşçülərin psixoloji hazırlığı | |
2. Ərazinin relyefi | |
3. Hava şəraiti | |
4. Hərbi texnikadan istifadə imkanları | |
5. Kamuflyaj (görünməmək üçün maskalanma) üçün təbii şəraitin uyğunluğu | |
6. Digər səbəblər |
Vətən müharibəsinin zəfərlə başa çatmasında müxtəlif amillərin rolu olmuşdur.
Təbii-coğrafi amillər. Qarabağda hərbi əməliyyatlar payızın əvvəlində başlandı. Bu dövrdə hava şəraitinin əlverişli olması (günəşli günlərin çox, yağıntıların az olması və s.) döyüş tapşırıqlarının yerinə yetirilməsinə müsbət təsir göstərirdi.
Dağlıq ərazilərdə döyüş əməliyyatlarının aparılması əsasən relyef xüsusiyyətlərindən asılıdır. Dik yamaclar, dərin dərələr, sərt iqlim şəraiti döyüş tapşırığının dəqiq yerinə yetirilməsi üçün maneələr yaradır. Qarabağ ərazisi mürəkkəb relyefə malikdir. Buraya Qarabağ sıra dağları, Qarabağ vulkanik yaylası, Kür çayının sağ sahili boyu yerləşən Qarabağ düzü, Murovdağ silsiləsinin cənub yamacı, həmçinin Kiçik Qafqazla Araz çayı arasında yerləşən düzənliklər daxildir. Belə şəraitdə qələbə qazanmaq üçün xüsusi döyüş hazırlığı tələb olunur. 2-ci Qarabağ müharibəsində qələbəmizin əldə edilməsində dağlarda döyüş təcrübəsini öyrənmiş xüsusi təyinatlı dəstələrin böyük rolu olmuşdur.
Dağlarda nəqliyyat yollarının seyrək və yamacların meyilliliyin çox olması bu ərazilərdə hərbi texnikanın daşınmasını məhdudlaşdırır. Buna görə də Şuşa azad edilərkən ərazinin relyef xüsusiyyətləri nəzərə alınmış və hərbi əməliyyatlar buna