Bəşəriyyətin inkişafı elmi-texniki tərəqqi ilə sıx bağlı olmuşdur. Elmi-texniki tərəqqi ictimai istehsalın təkamül yolu ilə tədricən inkişaf etməsidir. Bu prosesin ayrı-ayrı dövrlərində məhsuldar qüvvələrin sürətli və dərin inkişafı müşahidə edilirdi; məsələn, XVIII–XIX əsrlərdə Avropada sənaye inqilabı. XX əsrin ikinci yarısından etibarən elm və texnikanın inkişafında inqilabi sıçrayış baş verdi və elmi-texniki tərəqqinin yeni mərhələsi – elmi-texniki inqilab (ETİ) başlandı. Bu sıçrayış hərbi sahədə ilk dəfə atom enerjisindən istifadə ilə başlamışdır. Bu səbəbdən əvvəllər ETİ “hərbi-texniki inqilab” adlanırdı. XX əsrin 70-ci illərindən etibarən mikroprosessorların (robotların) istehsalı ilə əlaqədar olaraq ETİ-ni “mikroelektronika inqilabı” adlandırmağa başlamışlar.
Elmi-texniki inqilab elmi kəşflərin istehsala tətbiqi nəticəsində bütün sahələrdə baş verən əsaslı keyfiyyət dəyişiklikləridir. ETİ-nin başlıca xüsusiyyəti elmin son dərəcə yüksək inkişafı və onun bilavasitə əsas məhsuldar qüvvəyə çevrilməsidir. Müasir ETİ aşağıdakı səciyyəvi əlamətlərə malikdir:
1. Əhatəlilik və ya universallıq
– ETİ-nin bütün sferaları əhatə etməsi və onlarda
əsaslı dəyişikliklər yaratmasıdır. Hazırda ETİ insanların
məişətinə,
mədəniyyətinə və hətta psixologiyasına da nüfuz etmişdir.
2. Elmi-texniki tərəqqinin
sürətlənməsi öz təzahürünü elmi kəşflərlə
onların istehsala
tətbiqi arasında vaxtın qısalmasında