Elmi-texniki inqilab təsərrüfatın hər bir sahəsinin yerləşməsinə və sahəvi quruluşunun dəyişməsinə təsir etmişdir. ETİ təsərrüfat sahələrinə 3 istiqamətdə təsir göstərmişdir:
1. İqtisadiyyatın birinci və ikinci sektorları (hasilat və emaledici sənaye) ilə üçüncü və dördüncü sektorları (xidmət və informasiya) arasında nisbət dəyişmiş, avtomatlaşdırma ilə (xüsusilə sənayedə) əlaqədar olaraq sonuncularda məşğulluq artmışdır.
2. Emal sektoru, xüsusilə sənaye sürətlə inkişaf etməyə başlamışdır. Buna səbəb digər təsərrüfat sahələrinin inkişafının emaledici sənayedən asılı olmasıdır.
digər təsərrüfat sahələrinin inkişafının emaledici sənayedən asılı olmasıdır.
3. Hər bir təsərrüfat sahəsi daxilində dəyişikliklər baş vermiş, yeni sahələr yaranmış,
bəziləri isə artıq öz əhəmiyyətini itirmişdir; məsələn, ETİ-dən əvvəl maşınqayırmada
elektronika, elektrotexnika, robotlar istehsalı və s. sahələr yox idi. Bu sahələr sonradan
yaranmış və maşınqayırma sahələrinin sayının artmasına səbəb olmuşdur.
ETİ dövründə hasilat sənayesinin rolu azalmış və hazırda bu sahə dünya sənaye məhsulunun cüzi hissəsini istehsal edir. Bu, istehsalın enerji və materialtutumluluğunun (xammala tələbat) azalması, təbii xammalın tədricən süni sintetik xammalla əvəz edilməsi ilə əlaqədardır. Buna baxmayaraq hasilat sənayesi istehsalın yerləşməsinə müəyyən dərəcədə təsir edir.
İqtisadiyyatın inkişafında neft-qaz sənayesi böyük əhəmiyyətə malikdir. Neft və qazın hasilatı və istehlak olunduğu regionlar arasında kəskin fərqlər mövcuddur. Bu sahənin inkişafında bir sıra inkişaf etməkdə olan ölkələrin (xüsusilə İran körfəzi ölkələri) daxil olduğu OPEK təşkilatı (Organization of the Petroleum Exportinq Countries) xüsusi rola malikdir.
№ | Ölkələr | İllik neft hasilatı, mln. t |
1 | ABŞ | 713 |
2 | Rusiya | 525 |
3 | Səudiyyə Ərəbistanı | 520 |
4 | Kanada | 252 |
5 | İraq | 202 |
6 | Çin | 195 |
7 | BƏƏ | 166 |
8 | Braziliya | 159 |
9 | İran | 143 |
10 | Küveyt | 130 |