ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Nümunəyə əsasən nəqliyyat növləri üçün sxemlər tərtib edin.
NƏQLİYYATIN
NÖVÜ
XÜSUSİYYƏTLƏRİ
ETİ-nin təsiri
Zəif inkişaf etdiyi ölkələr
1...
Yüksək inkişaf etdiyi ölkələr
1...
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Dünyanın siyasi xəritəsində Londondan Sinqapura gedən dəniz
yollarının hansı su obyektlərindən keçdiyini müəyyənləşdirin və bu
yolları müqayisə edin:
a) Süveyş kanalından
keçməklə; b) Afrikanı
dolanmaqla.
Hansı yol iqtisadi cəhətdən daha sərfəlidir? Fikrinizi
əsaslandırın.
2. Cədvəli tamamlayın.
İxrac edən ölkə və ya region
|
Daşınan yüklər
|
İdxal edən ölkə və ya region |
Hansı nəqliyyat növləri ilə daşınır?
|
İran körfəzi |
|
|
|
Avstraliya |
|
|
|
Yamayka |
|
|
|
Almaniya |
|
|
|
3. Verilən magistralları qruplaşdırın.
a. Meridional istiqamətdə
yerləşənlər
1. Minsk – Varşava –
Berlin – Paris
3. Vyana – Budapeşt – Kiyev
–
Moskva
b. Paralel istiqamətdə
yerləşənlər
2. London – Paris – Bern
– Milan
4. Roma – Milan – Vyana –
Paris – Amsterdam
55
QLOBAL EKOLOJİ PROBLEMLƏR
İnsanların təsərrüfat fəaliyyəti coğrafi mühitə
Yerin daxilində baş verən geoloji proseslərdən
az təsir etmir. Hazırda cəmiyyət və təbiət arasında
“maddələr mübadiləsi” dəfələrlə artmış və
qlobal miqyas almışdır. İnsanlar ətraf aləmi
mənimsədikcə onun təbii əsaslarını sarsıdırlar
– İqtisadiyyatın inkişafından
bəşəriyyətin qazandıqları və
itirdiklərini müqayisə etsək,
bunlardan hansı “ağır gələr”?
Elmi-texniki tərəqqi bəşəriyyət qarşısında həlli çətin olan problemlər yaratmışdır.
Onların içərisində əsas yeri insan və ətraf mühit arasında münasibətlər tutur. XX
əsrdə əhalinin 4 dəfə, istehsalın həcminin isə 18 dəfə artması Yerin təbiətində ciddi
problemlər yaratmışdır. Ətraf mühitə antropogen təsir dünyanın bütün ölkələrini
əhatə etdiyi üçün bu, qlobal ekoloji problem adlandırılmağa başlanmışdır.
İqlim dəyişmələri
Hava təbəqəsinin çirklənməsi
Ozon təbəqəsinin seyrəlməsi
QLOBAL EKOLOJİ PROBLEMLƏR
Torpaqların çirklənməsi
Çanlıların azalması və məhv olması
Su hövzələrinin çirklənməsi