56
AZƏRBAYCANIN EKOLOJİ
PROBLEMLƏRİ. LAYİHƏ
Azərbaycanın ekoloji problemlərinə aid mövzulardan birini seçin,
verilən xəritə-sxemlərdən istifadə edərək plan üzrə təqdimat
hazırlayın.
Mövzu 1 • Azərbaycanın su
hövzələrinin ekoloji problemləri
1. Azərbaycanın tranzit çayları və böyük gölləri.
2. Böyük çayların, göllərin və yeraltı suların iqtisadi əhəmiyyəti.
3. Su hövzələrini çirkləndirən mənbələr: sənaye sahələri (kimya,
metallurgiya, neft
hasilatı və emalı), kənd təsərrüfatı və turizm.
4. Tranzit çayların çirkləndiyi ölkələr, Azərbaycanın ekoloji cəhətdən
gərgin olan
ərazilərində su hövzələrinin vəziyyəti.
5. Su hövzələrinin çirklənməsinin yaratdığı problemlər.
6. Su hövzələrinin çirklənməsinin qarşısının alınması ilə bağlı
tədbirlər sistemi:
təmizləyici qurğular, ekoloji siyasət, təbiəti mühafizə təşkilatları.
Mövzu 2 • Azərbaycanda hava hövzəsinin çirklənməsi ilə bağlı ekoloji
problemlər
1. Azərbaycanda havanı çirkləndirən əsas mənbələr: nəqliyyat, sənaye
(istilik-elektrik
stansiyaları, kimya, neft emalı, metallurgiya, tikinti materialları istehsalı).
2. Havanın daha çox çirkləndiyi regionlar və bunun səbəbləri, Abşeron
yarımadasında
və Bakıda ekoloji cəhətdən gərgin ərazilər.
3.Havanın çirklənməsi ilə bağlı yaranan fəsadlar: çirkli yağışlar,
insanlar arasında nəfəs
yolları və digər xəstəliklərin artması.
4. Abşeron yarımadasında havanın çirklənmə dərəcəsinə küləklərin
təsiri.
5. Havanın çirklənməsinin qarşısının alınması ilə bağlı tədbirlər
sistemi: ekoloji siyasət,
təbiətin qorunması üzrə dövlət və ictimai təşkilatlar.