Ümumiləşdirici tapşırıqlar
1. Nümunədə verilmiş sxemə uyğun olaraq coğrafiyanın digər
fənlərlə ümumi tədqiqat obyektlərinə aid misallar göstərin. Bu
fənlərin verilən tədqiqat obyektinin hansı xüsusiyyətlərini
öyrəndiyini qeyd edin.
CANLILAR
(tədqiqat obyekti)
Coğrafiya
Biologiya
2. Yer və Günəşin yaranması ilə bağlı nəzəriyyələrin hər birinə
aid bir fikir söyləyin.
3.
40° şm.e. və 172° q.u.-da yerləşən məntəqədən 0° azimut üzrə
hərəkətə başlayan səyyah 5106 km məsafə qət etdikdən sonra
kompasın əqrəbinin işləmədiyini görür. Səyyahın çatdığı
məntəqənin coğrafi koordinatlarını və bu məntəqədə kompasın
işləməməsinin səbəbini müəyyən edin.
4.
A məntəqəsində günəş şüalarının düşmə bucağı 38° olarsa, Günəşin
zenitdə olduğu coğrafi enliyi təyin edin.
5.
Bakı şəhərində yerli vaxtla saat 22:40, X məntəqəsində isə
16:20-dir. X məntəqəsinin yerləşdiyi coğrafi uzunluğu və saat
qurşağını müəyyən edin.
6.
İlk qlobusları yaradanlar:
A) X.Kolumb, K.Malosski, M.Behaym
B) N.Tusi, K.Səlmasi, A.Vespuççi
C) K.Malosski, M.Behaym, K.Səlmasi
D) əl-Biruni, M.Behaym, C.Kuk
E) F.Bellinshauzen, N.Tusi, əl-Biruni
7.
Böyük partlayış” nəzəriyyəsinə görə kainatın başlanğıcından
indiyə qədər baş verən hadisələri ardıcıllıqla düzün.
1. İlk ulduzların yaranması
2. İlk yeni qara dəliklərin yaranması
3. Kosmik relikt şüalanma
4. Protoqalaktikaların qovuşması
5. Müasir qalaktikalar