Meridian və paralel qövslərinin uzunluqlarını yadınıza salın və aşağıdakı tapşırıqları yerinə yetirin.
Tapşırıq 1 |
A və B nöqtələri arasında məsafəni meridian üzrə dərəcə və km-lə hesablayın. |
Tapşırıq 2 | 40° şm.e.-də yerləşən Bakı (50° ş.u.) və Ankara (33° ş.u.) şəhərləri arasında məsafəni paralel üzrə dərəcə və km-lə hesablayın (40°-lik paraleldə 1° = 85,4 km). |
Xəritədə məsafələri baş və xüsusi miqyas vasitəsilə də nisbətən dəqiq ölçmək olar. Xəritənin kənarında yazılan miqyasa baş miqyas deyilir. Baş miqyasa əsasən məsafələri yalnız sıfır təhriflər xətti üzrə dəqiq hesablamaq olar. Xəritənin təhriflər olan hissələrində isə məsafəni hesablamaq üçün xüsusi miqyasdan istifadə edilir. Xüsusi miqyas meridian və paralel qövslərinin həqiqi uzunluğunu onların xəritədəki uzunluqlarına bölməklə təyin olunur.
Tapşırıq 3 | Dünya xəritəsində 20° q.u. və 40° ş.u. arasında 40°-lik paralel üzrə məsafə 20 sm olarsa, xəritənin bu hissəsi üçün xüsusi miqyası tapın (1° = 85,4 km). |
Tapşırıq 4 | Baş miqyası 1: 100 000 000 olan dünya xəritəsində 30° şm.e. və 60° şm.e. arasında meridian üzrə məsafə 4 sm-dir. Xəritənin bu hissəsi üçün xüsusi miqyası tapın və baş miqyasla müqayisə edin. |
Xəritədə istənilən iki nöqtə arasındakı məsafənin nə qədər təhrif olunduğunu bilmək üçün əvvəlcə xəritənin baş miqyasına əsasən bu nöqtələr arasındakı məsafə tapılır. Sonra bu iki