ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
Şəkillərdə Yerin geoloji inkişaf tarixi boyunca onun səthində
baş verən dəyişikliklər verilmişdir. Bu dəyişikliklər litosfer
tavalarının hərəkətinin nəticəsidir. Hazırda tavaların hərəkət
sürəti və intensivliyi azalsa da, materik və okeanların
dəyişməsi davam edir. Güman olunur ki, bu dəyişikliklər yeni
supermaterikin yaranmasına səbəb olacaqdır.
1. 1-ci və 5-ci şəkilləri müqayisə edin. Onlar arasında keçən
müddət ərzində hansı hadisə və proseslər baş vermişdir? 2.
1-ci və 2-ci şəkillərdə hansı materiklərin yaranması təsvir
edilmişdir? Onların yaranma səbəbini izah edin. 3. Lavrasiya
və Qondvananın ayrılması nəticəsində hansı okean əmələ
gəlmişdir və bu hansı təsvirlərdə verilmişdir? Hazırda bu
okeanın yerində hansı ərazi yerləşir? 4. Litosfer tavalarının
hərəkəti nəticəsində gələcəkdə yarana biləcək supermateriki
necə təsəvvür edirsiniz?
Paleozoy erası
Perm və Trias
dövrləri
Yura dövrü
Təbaşir dövrü
Müasir dövr
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1.
Sxemə əsasən süxurların yatma ardıcıllığına görə onların nisbi
yaşının azalan sırasını müəyyən edin və mənşəyinə görə
qruplaşdırın.
2. Uyğunluğu müəyyənləşdirin:
1. Arxey
2. Paleozoy
3. Kaynozoy
a.
Güclü vulkanizm prosesinin baş verməsi və dəmir filizi
yataqlarının yaranması
b.
Pangeya materikinin parçalanması
c.
Materik buzlaşmalarının baş verməsi və landşaftların inkişafı
d.
Pantalasın parçalanması
3.
Geoloji dövrlərin nisbi yaşlarına görə azalma ardıcıllığını
saat əqrəbi istiqamətində göstərən sxemi tamamlayın.
DƏRSDƏN SONRA
İnternet resursları və geoxronoloji cədvəldən istifadə edərək
Kaynozoy erasında baş verən ən mühüm hadisələrdən birinə aid
təqdimat hazırlayın.
12
QIRIŞIQLIQ VİLAYƏTLƏRİ VƏ
PLATFORMALAR
Açar sözlər
• geosinklinal
• platforma
• sipər
• əyilmə zonaları
Yer qabığının quruluşu xəritəsinə əsasən müəyyən edin:
– Böyük və kiçik litosfer tavaları hansılardır?
– Litosfer tavalarının sərhəd zonalarında və onlardan kənarda
yaranan relyef formaları bir-birindən necə fərqlənir? Bunun
səbəbini izah edin.
Litosfer tavalarının hərəkətinin nəticəsində Yer səthində iri
tektonik strukturlar – geosinklinallar və platformalar
yaranmışdır. Geosinklinallar – Yer səthinin cavan və mütəhərrik
(hərəkətli) sahələri, platformalar isə Yerin qədim və sabit
(hərəkətsiz) hissələridir.