Yer qabığının inkişafının müxtəlif mərhələlərində vulkanizm və süxurların metamorfizmi ilə müşayiət olunan dağəmələgəlmə prosesləri baş vermişdir. Yerin geoloji inkişafında 5 əsas dağəmələgəlmə (qırışıqlıq) mərhələsi ayrılır.
Eralar | Dövrlər | Dağəmələgəlmə mərhələləri |
Kaynozoy | Antropogen və ya Dördüncü dövr | Alp (Kaynozoy) |
Neogen | ||
Paleogen | ||
Mezozoy | Təbaşir | Mezozoy (Kimmeri) |
Yura | ||
Trias | ||
Paleozoy | Perm | Hersin |
Karbon (Daş kömür) | ||
Devon | Kaledon | |
Silur | ||
Ordovik | Baykal | |
Kembri | ||
Proterozoy | ||
Arxey |
Baykal qırışıqlığı zamanı yaranmış dağlar, demək olar ki, qalmamışdır (Baykalətrafı dağlar istisna olmaqla). Bu dağlar qədim platformaların bünövrəsini təşkil etmiş, hamarlaşaraq düzənliklərə çevrilmişdir.
Kaledon və Hersin dağəmələgəlməsi dövrlərində TyanŞan, Altay, Sayan dağları, Qazaxıstan xırda təpəliyi, Skandinaviya, Appalaç, Ural, Böyük Suayırıcı, Böyük Xinqan, Draqon, Kap dağları formalaşmışdır. Bu mərhələdə yaranan dağlar qədim dağlar sayılır.
Mezozoy, yaxud Kimmeri qırışıqlığı – Kordilyer, Verxoyansk, Çerski, Sixote-Alin, Tibet, Kunlun dağ sistemlərinin yaranması ilə davam etmişdir.
Materiklər
Dağəmələgəlmə mərhələləri
|
Avrasiya | Şimali Amerika | Cənubi Amerika | Afrika | Avstraliya |
Kaledon–Hersin | |||||
Mezozoy |