ÖYRƏNDİKLƏRİNİZİ
TƏTBİQ EDİN
1.
AB xətti (Xəzərin sahilindən Bazardüzünə qədər) üzrə
hündürlüyə doğru ekzogen relyef formalarının yayılma
ardıcıllığını müəyyən edin.
ÖYRƏNDİKLƏRİNİZİ
YOXLAYIN
1. Uyğunluğu müəyyən edin.
a. Yan silsilə
b. Lənkəran ovalığı
c. Şirvan düzü
1. Antropogen relyef formaları
2. Buzlaq relyef formaları
3. Abraziya düzənlikləri
d. Qarabağ düzü
e. Zəngəzur sıra dağları
f.Samur-Dəvəçi
2.
Azərbaycanın geomorfoloji xəritəsindən (səh. 64) istifadə
etməklə aşağıdakı relyef formalarının yayıldığı əraziləri
müəyyənləşdirin və kontur xəritədə qeyd edin:
a) buzlaq relyef formaları;
b) gətirmə konusları;
c) kollektor və drenajlar;
d) yarğan və qobular.
3.
Yaşadığınız ərazinin relyefi haqqında aşağıdakı plan üzrə esse
yazın:
a) burada yayılan endogen mənşəli
relyef formaları; b) burada rast
gəlinən ekzogen relyef formaları
c) yaşadığınız ərazidə olan
antropogen relyef formaları.
DƏRSDƏN SONRA
İnternet resurslarından istifadə edərək Bakı şəhəri və Abşeron
yarımadasında sürüşmə hadisələrinin daha fəal olduğu rayonların
siyahısını hazırlayın. Bunun üçün aşağıdakı plandan istifadə
edin.
1. Sürüşmənin fəal olduğu qəsəbə və
rayonlar.
2. Bununla əlaqədar həmin rayonlarda
meydana çıxan problemlər.
3. Bu problemlərin həlli üçün dövlət
tərəfindən hansı tədbirlər görülür?
4. Fikrinizcə, daha hansı tədbirlər
görülə bilər?
17
AZƏRBAYCANIN FAYDALI
QAZINTILARI VƏ ONLARIN GEOLOJİ QURULUŞLA ƏLAQƏSİ.
PRAKTİK DƏRS
Azərbaycanda faydalı qazıntıların yaranması və müxtəlifliyi
geoloji quruluşla sıx əlaqədardır. Maqmatik və metamorfik
süxurların yayıldığı Kiçik Qafqaz dağlarında və Naxçıvan
ərazisində filiz faydalı qazıntılar, çökmə süxurların yayıldığı
Böyük Qafqaz dağları, dağətəyi və düzənlik ərazilərdə isə
qeyri-filiz faydalı qazıntılar geniş yayılmışdır. Ölkəmizin
ərazisində yayılan faydalı qazıntılar üç qrupa bölünür:
yanar, filiz və qeyri-filiz faydalı qazıntılar.
TAPŞIRIQ
1
Azərbaycanın faydalı qazıntıları xəritəsini (səh. 67) geoloji
xəritə ilə (səh. 56) müqayisə edərək cədvəli tamamlayın.
Ərazilər |
Süxurların
mənşəyi
|
Yanar faydalı
qazıntılar
|
Filiz faydalı
qazıntılar
|
Qeyri-filiz faydalı
qazıntılar
|
Kür-Araz |
|
|
|
|
Kiçik Qafqaz |
|
|
|
|
Xəzər dənizi |
|
|
|
|
Naxçıvan |
|
|
|
|
Müzakirə edin:
– Faydalı qazıntılarla süxurların yayılması arasında hansı əlaqə var?