Əhalinin məskunlaşması, həyat və təsərrüfat fəaliyyəti iqlim şəraitindən birbaşa asılıdır. İqlimin kənd təsərrüfatında istifadəsi üçün yararlı cəhətləri aqroiqlim ehtiyatlarıdır.
Aqroiqlim ehtiyatlarına daxildir: 1) bitkilərin inkişafını təmin edən günəş işığı; 2) +10°C-dən yuxarı (fəal) orta sutkalıq temperaturların illik cəmi; 3) bitkilərin vegetasiya dövrundə düşən atmosfer yağıntılarının miqdarı; 4) qar örtüyü, onun qalınlığı və səthdə qalma müddəti; 5) şaxtalı günlərin sayı və s.
Əkinçiliyin inkişafı üçün ən əlverişli şərait kifayət qədər istiliyin və rütubətlilik əmsalının vahidə yaxın olduğu rayonlarda mövcuddur. İl ərzində fəal orta sutkalıq temperaturlar cəminin 1200°C və ondan aşağı olduğu ərazilərdə əkinçiliyin inkişafı, demək olar ki, mümkün deyil. Mülayim qurşaqda fəal temperaturlar cəmi 1200°C-dən 4000°C-yə qədər dəyişir. Bu ərazilərdə taxıl bitkiləri,
Arid iqlimə malik ərazilərdə rütubətlənmə zəif olduğundan suvarmaya ehtiyac var. Bu səbəbdən belə regionlarda əkinçilik yalnız iri tranzit çaylar və yeraltı sular hesabına inkişaf etdirilir. Humid iqlimə malik ərazilərdə, xüsusilə də ekvatorial qurşaqda əkinçiliyin inkişafı zəifdir. Buna səbəb ifrat rütubətlənmənin olmasıdır.
Aqroiqlim ehtiyatları ilə zəif təmin olunmuş ölkələr (mülayim qurşağın şimalı və subarktik qurşaq) | Aqroiqlim ehtiyatları ilə orta dərəcədə təmin olunmuş ölkələr (mülayim qurşaq) | Aqroiqlim ehtiyatları ilə yaxşı təmin olunmuş ölkələr (subtropik, tropik, subekvatorial, ekvatorial qurşaqlar) |
1. |