Yer kürəsində aparılan meteoroloji müşahidələrin təhlili sübut
edir ki, planetimizin iqlimi daimi olmayıb müəyyən müddət
ərzində dəyişikliklərə məruz qalır. İqlim dəyişmələri təbii (kosmik
və geoloji-tektonik) və antropogen amillərin təsiri ilə baş verir.
Kosmik amillərə Günəş sisteminin qalaktikada hərəkəti, Günəş fəallığı və Yer oxunun orbit müstəvisinə nəzərən meyilliliyinin dəyişməsi, meteoritlərin Yerə düşməsi və s. aiddir. Bu amillərin təsiri ilə baş verən ciddi iqlim dəyişiklikləri 26 min, 40–42 min və bəzən 90–94 min ildən bir təkrarlanır.
Paleozoyun əvvəli |
Dəniz mərhələsi |
Paleozoyun ortalarından mezozoyun ortalarına qədər |
Quru
mərhələsi |
Mezozoyun ortaları |
Dəniz mərhələsi |
Mezozoyun sonu | Quru mərhələsi |
Paleogendən indiyə qədər |
Dəniz mərhələsi |