Çaylar quruda geniş yayılmış ən mühüm su hövzələridir. Hər bir
çayın qolları ilə birlikdə tutduğu sahə onun sutoplayıcı hövzəsi
adlanır. Bu əraziyə düşən bütün yağıntılar həmin çaya və onun
qollarına axır. Çay hövzələrini bir-birindən ayıran şərti xəttə
(sərhəd) suayırıcı deyilir. Suayırıcı həmişə dağlardan, ya da
düzənliklərin nisbətən hündür yerlərindən keçir.
Ərazidən axan çayların uzunluğunun onların hövzəsinin sahəsinə
olan nisbəti çay şəbəkəsinin sıxlığı adlanır. Çay şəbəkəsinin
sıxlığı iqlim və relyef şəraitindən, həmçinin süxurlardan
asılıdır.
Yağıntıların miqdarı və onların fəsillər üzrə paylanması,
ərazinin meyilliliyi çay şəbəkəsinin paylanmasına güclü təsir
göstərir.
Çaylar | İqlim qurşaqları | Çaylar | İqlim qurşaqları | Çaylar | İqlim qurşaqları |
Nil Kür Yenisey Reyn Volqa |
... ... ... ... ... |
Ob Dunay Missisipi Niger Yukon |
... ... ... ... ... |
Zambezi Qanq Yansızı Murrey Lena |
... ... ... ... ... |