İkinci Dünya Müharibəsi illərində iki tank əleyhinə sistem var idi. Onlardan biri Amerikanın “Bazuka” adlı məşhur M1, ikincisi isə Almaniyanın “Faustpatron” adlanan tank əleyhinə qumbaraatanı idi.
“Bazuka” dünyada zirehli texnikaya qarşı effektli ilk əl qumbaraatanıdır. Amerika istehsalı olmasına baxmayaraq, M1-in kütləvi şəkildə tətbiqi sovet ordusu tərəfindən həyata keçirilib. 1942-ci ilin sonunda ABŞ tərəfindən SSRl-yə 3000 ədəd yeni “Bazuka” verildi. Bundan əvvəl Amerika və ingilis əsgərləri M1-lə silahlansalar da, onun əsil potensialını babalarımız nümayiş etdirdi.