Əl qumbaraları hədəfə göstərdiyi təsirə görə qəlpəli və kumulyativ qumbaralara bölünür.
Qəlpəli qumbaralar düşmənin canlı qüvvəsinə yaxın məsafəli döyüşdə qəlpələrlə zərər vurmaq üçün nəzərdə tutulmuşdur.
Qəlpələrin yayılma məsafəsindən asılı olaraq qumbaralar hücum РГ-42 (RQ- 42), РГД-5 (RQD-5), РГН (RQN) və müdafiə Ф-1(F-1), РГД (RQO) qumbaralarına bölünür.
Kumulyativ РКГ-3 (RKQ-3), РКГ-3E (RKQ-3E) və РКГ-3EM (RKQ-3EM) qumbaralar düşmənin tank və digər zirehli hədəfləri ilə mübarizə aparmaq, uzunmüddətli və səhra tipli müdafiə istehkamlarını dağıtmaq üçün nəzərdə tutulmuşdur.
Sn | Döyüş xüsusiyyətləri | РГН (RQN) | РГД-5 (RQD) | РГД (RQO) | Ф-1 (F-1) | РКГ-3 (RKQ-3) |
1. | Tam hazır vəziyyətdə çəkisi, qr | 300 | 310 | 520 | 600 | 1070 |
2. | Qəlpələrin məhvetmə radiusu, m | 24 | 25 | 150 | 200 | Kumulyativ |
3. | Zirehdəlmə imkanı, mm | - | - | - | - | 170 |
4. | Orta atılma məsafəsi, m | 30-45 | 30-45 | 20-40 | 20-40 | 15-20 |
5. | Partladıcının növü | zərbəməsafəli | məsafəli | zərbəməsafəl | məsafəli | zərbə |
6. | Partladıcının ləngidicisinin yanma müddəti, san. | ani və ya 3,3-4,3 | 3,2-4,2 | ani və ya 3,3-4,3 | 3,2-4,2 | ani |