Son vaxtlar təbii mənşəli fəlakətlərin artması müşahidə olunur. Vulkanlar aktivləşir, tez-tez dağıdıcı zəlzələlər baş verir və getdikcə onların dağıdıcı gücü artır. Subasma halları müntəzəm xarakter alır.
Təbil mənşəli fövqəladə hallar olduqca müxtəlifdir.
Geofiziki təhlükəli təzahürlər: zəlzələlər, vulkan püskürmələri
Yer kürəsində il ərzində yüz minlərlə zəlzələ qeydə alınır. Onların əksəriyyəti zəif zəlzələlərə aid edilir və biz onları hiss etmirik. Hazırda zəlzələnin gücünü ölçmək üçün Rixter şkalasından istifadə olunur.
Zəlzələ baş verərkən dəyəcək ziyanı və insan tələfatını azaltmaq məqsədilə seysmik zonada məskunlaşan əhalinin aşağıdakı tədbirləri həyata keçirməsi məqsədəuyğundur:
• hər bir ailə zəlzələ baş verəcəyi hal üçün fəaliyyət planı tərtib etməli, zəlzələdən sonra ailə üzvlərinin harada toplaşacaqlarını müəyyənləşdirməlidir;