Nüvə silahı (atom silahı) atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır.
Kimyəvi silah zəhərləyici təsirə malik maddələrin toksik xassələrinə əsaslanan kütləvi qırğın silahıdır. Tətbiq vasitələri isə raketlər, mərmilər, minalar, aviasiya bombalarıdır.
Bioloji silah kütləvi qırğın silahlarının bir növü olub bakteriya, virus və ya kif kimi mikroorqanizmlərdən əldə olunan vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji silahın əsasını xəstəlik törədən mikroblar və onlardan alınan toksinlər təşkil edir.
Nüvə silahı dağıdıcı xüsusiyyətinə görə ən güclü silahdır. O, qısa müddət ərzində geniş ərazidə çoxlu sayda insanı məhv etmək, binaları və qurğuları dağıtmaq imkanına malikdir. Nüvə silahının kütləvi tətbiqi bütün bəşəriyyət üçün böyük fəlakətlə nəticələnər.