Daxili Xidmət Nizamnaməsi hərbi qulluqçularının ümumi
vəzifələrini, onların arasındakı qarşılıqlı münasibətləri,
vəzifəli şəxslərin xidmət vəzifələrini və s. müəyyənləşdirir.
Bu Nizamnamənin müddəaları eyni dərəcədə Silahlı Qüvvələrin və
qanunvericilikdə nəzərdə tutulmuş digər qoşunların hərbi
qulluqçularına da aiddir. Hərbi gəmilər üçün daxili xidmət və
vəzifəli şəxslərin xidməti vəzifələri əlavə olaraq Gəmi
Nizamnaməsi ilə müəyyənləşdirilir.
Hərbi qulluqçuların vəzifələri necə müəyyənləşdirilir?
Bütün hərbi qulluqçular rütbə və vəzifələrindən asılı olmayaraq,
qanun qarşısında bərabərdirlər.
Azərbaycan
Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı;
Silahlı
Qüvvələrin, xidmət etdiyi hərbi hissənin və hərbi rütbəsinin
şərəfini qorumalı;
intizamlı,
vicdanlı, dürüst və cəsarətli olmalı;
hərbi borcunu
yerinə yetirərkən var gücünü və lazım gəldikdə canını belə
əsirgəməməli;
komandirlərə
sözsüz tabe olmalı və döyüşdə onları müdafiə etməli;
Döyüş
Bayrağını göz bəbəyi kimi qorumalıdır.
Bütün hərbi qulluqçular qarşılaşdıqda (bir-birini
ötüb keçdikdə) müəyyən edilmiş qaydada
bir-biri ilə salamlaşmalıdırlar.
Tabelikdə olanlar və rütbəcə kiçiklər salamı
birinci verməlidir.
Hərbi qulluqçular bundan əlavə Şəhidlər
xiyabanlarına, Naməlum əsgərin məzarına,
hərbi hissələrin Döyüş Bayraqlarına, qoşunların
müşayiət etdikləri dəfn mərasimlərinə əsgəri
salam verməlidirlər.
Yerində əsgəri salamlaşma