Qarnizon yaşayış məntəqəsində və onun ətrafında yerləşən hərbi hissələr və hərbi məktəblərdən təşkil edilir. Burada qarnizon və qarovul xidmətləri təşkil edilir.
Qarnizon xidməti qarnizonun şəxsi heyəti arasında hərbi intizamı təmin etmək, qoşunların gündəlik həyat və fəaliyyəti üçün lazımi şərait yaratmaq, onların iştirakı ilə qarnizon tədbirlərini keçirmək məqsədini güdür.
Qarnizonun şəxsi heyəti arasında hərbi intizamı təmin etmək üçün ictimai yerlərdə, patrul xidməti təşkil olunur. Bundan ötrü təyin olunmuş günlərdə və saatlarda patrul xidməti həyata keçirilir.