Müasir silah və döyüş texnikası ilə təchiz olunmuş ordumuz Başqa Silahlı Birləşmələrlə birlikdə Vətənimizin suverenliyini, ərazi bütövlüyünü, onun toxunulmazlığını və xalqımızın dinc həyatını qorumağa qadirdir. Rəşadətli ordumuz bunu Vətən müharibəsində 44 gün ərzində bütün dünyaya sübut etdi.
Orduların yaranması ilə "Taktika*" meydana gəldi. Silahlar təkmilləşdikcə, döyüş texnikasının sayı çoxaldıqca və hərbi qulluqçuların hazırlığı artdıqca taktika da nəzərə çarpacaq dərəcədə inkişaf etdi.