Manqa ən kiçik taktiki bölmə olub, təşkilati olaraq taqımın tərkibinə daxildir. Yerləşdiyi ərazidən, döyüş tapşırığından asılı olaraq manqa piyadanın döyüş maşını, zirehli transportyor və ya avtomobil üzərində ola bilir.
BMP-2 tırtıllı, BTR-80 A isə təkərli döyüş maşınlarıdır. Yüksək manevr imkanına malik olan bu maşınlar şəxsi heyəti ön xəttə çatdırmaq, onun mobilliyini və silah gücünü artırmaq üçündür. Su maneələrindən, yolsuz ərazilərdən və qalın qar olan yerlərdən keçməyə qadir olan bu maşınlar həm də gecəgörmə cihazları ilə təchiz olunmuşdur.
Avtomobil üzərindəki manqanın ön xəttə çatdırılması və mobilliyinin artırılması QAZ-3308 “Sadko”, “Ural”, “Kamaz” markalı avtomobillər vasitəsilə həyata keçirilir.