Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər ölçülü üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqi və mətni Konstitusiya ilə müəyyən edilir.
Türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvolu olan üçrəngli dövlət bayrağımız 1918-ci II noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Bayrağın müəllifi Əli bəy Hüseynzadə 1907-ci ildə iyul ayının 10-da Bakıda nəşr etdirdiyi “Füyuzat” jurnalındakı mə-