Avtomatın sökülməsi natamam və
tam ola bilər. Bölmələrdə avtomatın
natamam sökülməsinə icazə verilir. Tam sökülməsi isə hərbi
hissənin təmir emalatxanasında silah təmiri ustası tərəfindən
həyata keçirilir.
Silahın sökülməsinə və yığılmasına ehtiyac varmı?
Natamam sökülmə avtomatı
təmizləmək, yağlamaq və baxışdan keçirmək məqsədilə aparılır.
Tam sökülmə avtomat çox
çirkləndikdə, yağış və ya qar altında qaldıqda, təzə yağ
növünə keçdikdə və təmir zamanı aparılır.
Avtomatın hissə və mexanizmlərinin yeyilməsinin qarşısını almaq
məqsədilə tez-tez sökülməsinə yol verilmir.
Əsgərlər normativləri yerinə yetirməyi necə öyrənirlər?
Avtomatın natamam sökülmə qaydası
1. Maqazini ayırmaq
Avtomatı sol əl ilə əl qundağından saxlayaraq sağ əlin baş
barmağı ilə rəzəni sıxmaq, maqazinin aşağı hissəsini irəli
vermək lazımdır.
Bundan sonra patron yuvasında
patronun olub-olmaması
yoxlanılmalıdır.