19. ATIŞIN ƏSASLARI
Atəş hazırlığı hərbi qulluqçuya öz silahını tətbiq etməklə
döyüşdə düşməni məhv etməyi öyrətmək məqsədilə keçirilir. Atəş
hazırlığında silahın material hissələrinin, atışın əsas üsul və
qaydalarının, əl qumbaralarının atılmasının üsul və
qaydalarının, hədəflərin kəşfiyyatının aparılmasının və onlara
qədər olan məsafənin müəyyən edilməsinin, eyni zamanda, atəşin
aparılmasının öyrədilməsi nəzərdə tutulur.
Atış nədir? Atış zamanı gedən prosesləri necə təsəvvür
edirsiniz?
Atıcı silahlardan atəş vəziyyəti
Atışın əsasları atış zamanı baş verən
prosesləri başa düşmək, atışın üsul və qaydalarını mənimsəmək üçün
zəruri olan nəzəri bilikləri özündə birləşdirir.
Atışın qaydalarına atışa hazırlıq və atışın aparılması daxildir.
İstənilən şəraitdə minimum döyüş sursatı sərfi ilə atəş
tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmək üçün bu müddəaları
və tövsiyələri bilmək lazımdır.
Atəşin mahiyyəti
Atəş barıt atımının alışması zamanı yaranan barıt qazlarının
eneriisinin təsiri ilə güllənin lülə kanalından tullanılmasına
deyilir.