LÜĞƏT
A
Ağaz – burada: ilk, əvvəl; başlamaq, başlanğıc
Ağı – zəhər
Ahü-əfqan – ağlama, fəryad, ah-nalə
Alçaq – təvazökar, sadə (“Müsibəti-Fəxrəddin”)
Amit – yer adı
B
Başına əlləmə düşsün – başına daş düşsün
Bərxurdar – burada: bələd, tanış
Bəstəri-möhnət – möhnət (qəm, dərd) yatağı
Bidar – oyaq, ayıq
Bikar – işsiz
Bimar – xəstə
Biməsəl – örnəksiz, ibrətsiz
Biş – çox, artıq
Bitəkəlluf – dərhal
Bivayə – Hər şeydən məhrum olan; hamisiz, köməksiz
Bülənd – uca, yüksək
Bünyad – bünövrə
Bürran – kəsən, iti, kəsici, kəskin (qılınc, xəncər)
Büti-ziba – büt: ibadət edilən şey; ziba: bəzəkli, gözəl
C
Cəng – dava, müharibə
Cüda düşmək – ayrılmaq, ayrı düşmək
Cünun – dəlilik
Ç
Çeşmi-giryan – ağlar göz
Çeşmi-mərdüm – əziz, doğma adamlar
Çovkan – burada: ucu əyri çomaq
Çub – çubuq. Burada balaban nəzərdə tutulur
D
Dam – burada: həbsxana
Dəhri-müxalif – o dünya
Dəmi-İsa – İsa peyğəmbərin nəfəsi