1.1
MEXANİKİ HƏRƏKƏT VƏ ONUN TƏSVİRİ
Məsələ 1: R.Stivensonun “Dəfinələr adası” romanından bilirsiniz ki,
əfsanəvi dəniz qulduru
kapitan Flint adada basdırdığı dəfinənin yerini xəritədə belə bir şərhlə işarə
etmişdir:
"... Durbinəoxşar dağın sağ çiynində hündür ağac. Günorta vaxtı ağacın kölgəsi boyunca
yüz
fut irəliləmək, qərbə dönərək on sajin daha addımlamaq.
Doxsan düym qazımaq” (a).
Dəfinənin yerini təyin edə bilərsinizmi?
(1fut = 30,48 sm, 1sajin = 213,36 sm, 1düym = 2,5sm)