4.5
HARMONİK RƏQSLƏRDƏ ENERJİ ÇEVRİLMƏLƏRİ
(TƏQDİMAT DƏRS)
Harmonik rəqslərdə enerji çevrilmələrinə aid elektron təqdimat hazırlayın. Təqdimat hazırlamazdan əvvəl 4.4 cədvəlini diqqətlə araşdırın və “Nəzəri material” yarımbaşlığında verilən məlumatlarla tanış olun.
Cədvəl 4.5Yaylı rəqqasda enerji çevrilməsi |
Riyazi rəqqasda enerji çevrilməsi |
Sistemdə proseslərin gedişi |
t=0 anında rəqqas tarazlıq vəziyyətindən x=A məsafəsi qədər çıxarılmış və sükunətdədir (vx=0). Sistemə əlavə potensial enerji verilmişdir. Tam enerji potensial enerjiyə bərabərdir. | ||
Sistem sol tərəfə - tarazlıq vəziyyətinə doğru hərəkətə gəlir. Zamanın
t=1 4T anında sistem tarazlıq nöqtəsindən keçdiyindən, yerdəyişmə sıfır, sürət isə maksimum olur. Sistemin potensial enerjisi sıfır, kinetik enerjisi maksimum olur. Tam enerji maksimal kinetik enerjiyə bərabərdir. |
||
t=1 2T anında sistem tarazlıq vəziyyətinə nəzərən sol kənar vəziyyətdə olur (x = −A), sürəti sıfra bərabərdir (vx = 0). Potensial enerji maksimum qiymət alır, kinetik enerji sıfıra qədər azalır. Tam enerji potensial maksimal enerjiyə bərabərdir. |
||
Sistem sağ tərəfə - tarazlıq vəziyyətinə doğru hərəkətə gəlir. Zamanın t =
3 4T anında sistem tarazlıq nöqtəsindədir yerdəyişmə sıfır, sürət maksimumdur. Sistemin potensial enerjisi sıfır, kinetik enerjisi maksimumdur. Tam enerji maksimal kinetik enerjiyə bərabərdir. |
||
t=T tam perioda bərabər zaman anında sistem rəqsə başladığı ilkin vəziyyət alır (x=A, vx=0). Tam enerji maksimal potensial enerjiyə bərabərdir. Kinetik enerji sıfır, potensial enerji maksimum olur. |
Nəzəri material. Qapalı sistemdə sərbəst harmonik rəqslərin potensial və kinetik enerjiləri periodik olaraq biri digərinə çevrilir. Cədvəl 4.4-də yaylı və riyazi rəqqaslarda enerji çevrilmələrinin müqayisəsi verilmişdir.