5.2
ENERJİ İLƏ KÜTLƏ ARASINDA QARŞILIQLI ƏLAQƏ QANUNU
Kütlə ilə enerji arasında qarşılıqlı əlaqə. Klassik mexanika materiyanı iki növə ayırır: maddə və fiziki sahəyə. Maddənin başlıca xassəsi onun kütləyə, fiziki sahənin başlıca xassəsi isə onun enerjiyə malik olmasıdır.
Nisbilik nəzəriyyəsinə görə isə kütlə ilə enerji arasında qarşılıqlı əlaqə mövcuddur - maddənin kütləsi
varsa, o, enerjiyə də malikdir. 1905-ci ildə A.Eynşteyn kütlə ilə enerji arasında qarşılıqlı əlaqə
qanununu formalaşdırdı:
● Mövcud olan ixtiyari cisim sükunət enerjisinə malikdir, həmin enerji bu cismin kütləsi ilə
işığın
vakuumdakı sürətinin kvadratı hasilinə bərabərdir:
E0 = mc2. (5.1)
● Sükunət enerjisi (E0) -seçilmiş hesablama sisteminə nəzərən sükunətdə olan cismin enerjisidir. (5.1) ifadəsindən görünür ki, makroskopik kütlə enerjinin mühüm xarakteristikasıdır. Məsələn, (5.1) münasibətinə əsasən asanlıqla hesablamaq olar ki, cismin 1q kütləsinə 9 ⋅ 1013C sükunət enerjisi ekvivalentdir:E0 = 10 -3kq ⋅ (3 ⋅ 108)2m2/san2 = 9 ⋅ 1013C.
Belə enerji atom bombasının partlayışı prosesində ayrılır (bax: Fizika 9, s.191) və o, 30 000 t suyu buxara çevirməyə kifayət edir.
Sistemin elektromaqnit şüalanması, məsələn, işıq şüalandırma prosesi, bu sistemin daxili enerjisinin şüalanma enerjisinə çevrilmə prosesidir. Həmin prosesdə daxili enerjiyə ekvivalent olaraq sistemin kütləsi də azalır:
Kütlənin dəyişməsi enerjinin dəyişməsinə ekvivalentdir:
Δm = ΔE
c2 . (5.2)