V FƏSLƏ AİD MƏSƏLƏLƏR
5.1.
Yerdə keçən 50 il Yerə nəzərən v = 0,81 ⋅ c sürətilə hərəkət edən kosmik gəmidə hansı zamana bərabərdir?
5.2.
Kosmik gəmi Yerə nəzərən hansı sürətlə hərəkət etməlidir ki, oradakı saatlar Yerdəki saatlara nisbətən 2,5 dəfə ləng işləsin?
5.3.
Beynəlxalq Astronavtlar İttifaqı Fizika fənn olimpiadasının qalibi olan 16 yaşlı Nəzrini Astronavtlar komandasına daxil edir. Komanda 0,98 • c sürəti ilə hərəkət edən kosmik gəmidə oradakı saata görə 5 il planetlərarası səyahət etdikdən sonra Yerə qayıdır. Nəzrin qayıdanda 21 yaşı var idi. Bəs onun Yerdə qoyub getdiyi həmyaşıd sinif yoldaşları neçə yaşındadır?
5.4.
Yerlə bağlı hesablama sisteminə görə 0,9 ⋅ c sürəti ilə hərəkət edən 3 m uzunluqlu xətkeşin Yerə nəzərən uzunluğu nəyə bərabərdir?
5.5.
Tərpənməz müşahidəçiyə nəzərən 0,8 ⋅ c sürəti ilə hərəkət edən düzbucaqlının ölçüləri necə dəyişəcək (a) ?
5.6.
Elektronun sükunət enerjisi 8,1-10-16C -dur. Onun kütləsi nəyə bərabərdir?
5.7.
Kütləsi 1,7 ⋅ 10-27kq olan proton 0,8 ⋅ c sürətlə hərəkət edir. Onun relyativistik kinetik enerjisi nəyə bərabərdir?
5.8.
Kütləsi 1,7 ⋅ 10-27kq olan proton 0,8 ⋅ c olan proton sürətlə hərəkət edir. Onun tam enerjisi nəyə bərabərdir?
5.9.
Qütb ulduzu ətraf fəzaya saniyədə 5,4 ⋅ 1028C enerji şüalandırır. Buna görə ulduzun kütləsi saniyədə nə qədər azalır?
5.10.
Yerə nəzərən sürəti 0,4 ⋅ c olan elektron c sürətli fotona qarşı hərəkət edir. Fotonun elektrona nisbətən sürəti nəyə bərabərdir?