1.2
YOL VƏ YERDƏYİŞMƏ
Məktəbliləri aparan avtobus saat 800-da Bakının Azadlıq meydanından yola düşdü.Nəqliyyat yolu | Avtomobil yolu | Dəmir yolu | Hava yolu |
Bakı-Zaqatala şəhərləri arasındakı məsafə (km) |
Bilirsiniz ki, hər cür hərəkət müəyyən trayektoriya üzrə baş verir.
• Hərəkət trayektoriyası maddi nöqtənin verilmiş hesablama sisteminə nəzərən
hərəkət etdiyi görünən və görünməyən xətdir. Bu xətt görünməyə də bilər, məsələn,
balığın suda, təyyarənin səmada, arının havada və s. hərəkət trayektoriyaları yalnız
təsəvvür edilə bilər. Hərəkət trayektoriyası formasına görə düzxətli və əyrixətli olur:
• Verilmiş hesablama sisteminə nəzərən trayektoriyası düz xətt olan hərəkət düzxətli
hərəkət
(b), əyri
xətt olan hərəkət isə əyrixətli hərəkət adlanır (c).