Verilən kütləli qazın makroskopik parametrləri arasında hansı qanunauyğunluq
var?
Təchizat: silfon, manometr, akvarium, termometr, su qızdırıcısı, su
(2
l ).
Silfonun quruluşu. Cihaz metal qapağı (1) olan qırçınlı (həcmi dəyişdirilə
bilən) hermetik
silindrik qabdan (2) ibarətdir. Qapağa qısa metal boru (3) lehimlənmişdir - ora manometrin
şlanqı birləşdirilir. Vintin (4) köməyi ilə silindrik qabın həcmi dəyişdirilir - həcm
dəyişdikdə
onun daxilindəki havanın həcmi və təzyiqi də dəyişir. Havanın həcmi cihaza kənardan
bərkidilən
şkalaya (5) əsasən şərti vahidlərlə, təzyiqi isə manometrlə (6) ölçülür (
a).
İşin gedişi:
- Silfonu manometrə birləşdirib otaq temperaturunda (T1) havanın V1
həcmini və p1
təzyiqini qeyd edin. Alınan qiymətlərə əsasən p1V1
T1 nisbətini hesablayın.
- Silfonun həcmini dəyişdirin, onu isti suda yerləşdirib havanın yeni hal parametrlərini −
T2 , V2 , p2 qeyd edin
(b). Alınan qiymətlərə əsasən p2V2
T2 nisbətini hesablayın.
Nəticənin müzakirəsi:
- Verilən kütləli qazın (havanın) müxtəlif hallarına uyğun makroskopik parametrlərinin
nisbətində hansı qanunauyğunluğu müəyyən etdiniz?
- Araşdırmadan hansı nəticəyə gəlmək olar?