6.5
QAZ QANUNLARI
Məişət və texnikada qazın təzyiqini ölçmək məqsədi ilə Burdon borusu ilə təchiz olunmuş yaylı manometrdən geniş istifadə olunur. Şəkildə bu manometr və onun sxemi təsvir edilmişdir.
V, şər. vah. | 8 | 7 | 6 | 5 | 4 | 3 | 2 |
p, şər. vah. | 1 | 1,1 | ... | ... | ... | ... | ... |
İdeal qazın hal tənliyinin köməyi ilə qazın kütləsi və əsas makroskopik parametrlərindən
(p, V və T) birinin sabit qaldığı prosesləri araşdırmaq olar.
● Qazın halını xarakterizə edən əsas makroskopik parametrlərindən birinin sabit
qiymətində qalan iki parametri arasında kəmiyyət asılılığını müəyyən edən qanunlar
qaz qanunları adlanır.
● Verilmiş kütləli qazın (m=const) makroskopik parametrlərindən birinin sabit qiymətində qazda baş
verən
proseslərə izoproseslər (yun.: izos - bərabər) deyilir.
Boyl -Mariott qanunu. Bu qanunu 1662-ci ildə ingilis fiziki Robert Boyl (1627- 1691) və
1667-ci ildə
fransız fiziki Edm Mariott (1620-1684) müəyyən etmişdir.
● Sabit temperaturda verilmiş kütləli ideal qazın təzyiqinin həcminə hasili sabitdir (T = const, m =
const):