6.7
HAVANIN RÜTUBƏTLİLİYİ. ŞEH NÖQTƏSİ
Bəzən hava quru, bəzən isə rütubətli olur.
Rütubətli hava - tərkibində su buxarının miqdarı çox olan havadır. Belə havanın
əsas kəmiyyət xarakteristikaları mütləq rütubət və nisbi rütubətdir.
● Mütləq rütubət - verilən şəraitdə havada olan su buxarının sıxlığına bərabər olan fiziki
kəmiyyətdir.
Mütləq rütubəti (havadakı su buxarının sıxlığını) Mendeleyev-Klapeyron tənliyinə əsasən su buxarının
parsial təzyiqi ilə ifadə etmək olar:
ρb = ppM
RT (6.33)
Yalnız havadakı su buxarının sıxlığını və parsial təzyiqini bilməklə verilən şəraitdə buxarın hansı
halda olduğunu, onun doyma halından nə dərəcədə fərqləndiyini təyin etmək mümkün deyildir. Bu səbəbdən
havanın rütubəti üçün ikinci xarakteristika - nisbi rütubət daxil edilmişdir.
● Nisbi rütubət - verilən temperaturda havanın mütləq rütubətinin həmin temperaturda doyan su
buxarının
sıxlığına nisbətinə bərabər olan fiziki kəmiyyətdir.
φ = ρp
ρ0 ⋅ 100% (6.34)