VI FƏSLƏ AİD MƏSƏLƏLƏR
6.1
Hava şarı 4 q hidrogen qazı ilə doldurulmuşdur. Şardakı hidrogen molekullarının sayını təyin edin.
6.2
Kütləsi 220 q olan “quru buzda” (CO2) nə qədər maddə miqdarı vardır?
6.3
Hidrogen və oksigenin molyar kütlələri, uyğun olaraq MH2 = 2 ⋅ 10
-3 kq
mol və
MO2 = 3,2 ⋅ 10-2 kq
mol - dur.
Hidrogen və oksigen molekulunun kütləsini təyin edin.
6.4
Şəkildə tavanının hündürlüyü 3 m olan
mənzilin texniki planı təsvir edilmişdir.
Otaqlardakı havanın verilən
xarakteristikaları eyni olub belədir:
temperaturu 22°C, təzyiqi 100 kPa,
molyar kütləsi 29 ⋅ 10-3 kq
mol .
I sual. Mətbəxdə (1), qonaq otağında (2) və
yataq otağında (3) uyğun olaraq havanın
kütləsi nə qədərdir?
II sual. Hansı otaqda hava molekullarının
konsentrasiyası daha böyükdür?
III sual. Hansı otaqda daha rahat nəfəs almaq olar?
6.5
Qaza sistem kimi baxılır. O, birinci halda istilik keçirməyən qapalı qabda, ikinci halda isə - qapalı
metal qabdadır. Bu sistemlər qapalı və izoləedilmiş hesab oluna bilərmi?
6.6
Müxtəlif metaldan hazırlanan iki eyniölçülü çay qaşığı soyuducuda istilik tarazlığındadır. Qaşıqları
soyuducudan çıxardıqda onların otaqda dərhal istilik tarazlığına gəldiyini iddia etmək olarmı? Otaqda bu
cisimlər arasında istilik tarazlığı yarana bilərmi?
6.7
Su-buz sisteminə baxılır: temperaturu 15°C olan suya buz parçası atılır. Buzun əriməsi zamanı suya
batırılan termometr 10°C göstərir. “Sistemin temperaturu 10°C-dir” müddəasını təsdiq etmək olarmı?
6.8
Yerin səthindən 100 km dərinlikdə maddənin temperaturu 1200 K-dır. Bu temperatur Selsi şkalasına görə
nəyə bərabərdir?
6.9
Su buxarının böhran temperatura 647 K-dır. Hansı temperaturda su yalnız qaz halında olur?
6.10
Oksigen 150 K və 190 K temperaturlarında hansı aqreqat hallarında olur? Oksigenin böhran temperaturu 154
K-dır.
6.11
Diaqramın hansı hissələri verilmiş kütləli ideal qazın izotermik sıxılmasına və izotermik
genişlənməsinə
uyğundur?
6.12
Diaqramın hansı hissələri verilmiş kütləli ideal qazın izoxorik soyumasına və izoxorik qızmasına
uyğundur?